Məktəbdə "Əyləncəli riyaziyyat" adlı breyn -ring yarışması keçirildi

Məktəbin V sinifləri arasında riyaziyyat fənninə olan marağı nəzərə alaraq "Əyləncəli riyaziyyat" adlı breyn-ring yarışması keçirildi. Yarışmada V "A","B", "C" sinifləri iştirak edirdi. Hər komanda 6 nəfərdən ibarət idi. İlk öncə aparıcı elmlərin şahı olan riyaziyyat elmi barədə qısaca məlumat verdi.Tədbir digər fənnlərə- tarix, coğrafiya, biologiya, kimya, fizika ,ədəbiyyat kimi fənlərə inteqrasiya edilərək riyaziyyatın həmin fənlərlə əlaqəsindən danışılmaqla davam etdi. Sonra şagirdlərə əyləncəli eyni zamanda düşündürücü, məntiqi suallar verildi. Cavablandırma üçün verilən vaxt ərzində tamaşaçı şagirdlərə də suallar verildi. Suallara düzgün cavab verən şagirdlər hədiyyə ilə mükafatlandırıldı. Breyn -ring yarışmasının qalibi V "B" sinfinin komandası seçildi. Komanda məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi