İBTİDAİ SİNİFLƏRDƏ İNSAN HÜQUQLARI VƏ DEMOKRATİYANI AŞILAMAQ ÜÇÜN NÖVBƏTİ DƏRS KEÇİRİLDİ
Avropa İttifaqı və Avropa Şurasının Birgə Proqramı “Şərq Tərəfdaşlığı ölkələrində İnsan Hüquqlarının Tədrisi və Demokratik Vətəndaşlığın Təşviqi” layihəsi çərçivəsində Komposito dərsliyinə əsasən aşağı sinif şagirdləri üçün DVT/İHT dərsləri təşkil olunmuşdur. Dərslikdən keçirilən növbəti dərsimizin mövzusu "MƏN NƏ ETMƏK İSTƏYİRƏM VƏ NƏ EDİRƏM"dir. Məktəbin ibtidai sinif müəllimi Pərvinə Qədimova gender bərabərliyi, ailə, ayrı-seçkilik kimi mövzular ətrafında IV "Ç" sinif şagirdləri ilə birlikdə araşdırma aparmış və stereotiplərin yaşayışımıza, mühitimizə və insan hüquqlarına necə təsir etdiyini öyrənmişdirlər. Mövzuya əsasən şagirdlər cinslərinə görə etmək istədikləri, etdikləri, etmək istəmədikləri işləri bildirməlidilər. Şagirdlərə sorğu vərəqi paylanıldıqdan sonra sualları cavablandırmaq tapşırıldı. Verdikləri cavablar öncə özləri tərəfindən (qızlar və oğlanlar ayrı-ayrı qruplaşmış şəkildə), sonra isə bütün siniflə ümumiləşdirildi və xüsusi cədvəl dolduruldu. Ardınca müxtəlif suallar vasitəsilə şagirdlər fikirlərini aydınlaşdırdılar. Nəticədə şagirdlərlə birlikdə qərara alındı ki, işləri görərkən bərabərliyin qorunması lazımdır. İşləri cinslərə bölmək olmaz.