V-IX siniflərdə sərbəst oxu dərsləri keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci tədris ili üçün fəaliyyət planına şagirdlərin sərbəst nitqinin inkişaf etdirilməsi və mütaliə vərdişlərinin formalaşdırılması üçün ədəbiyyat dərslərində sərbəst oxu keçirilmişdir. VII "C" sinfində ədəbiyyat müəllimi İbrahimxəlilova Aynurə kitabxanaçı və sinif rəhbərinin iştirakı ilə sinifdə sərbəst oxu keçirdi. Şagirdlər S.S.Axundovun bir neçə hekayəsini oxudular. Sonra oxunan hekayələr üzrə müzakirələr aparıldı.VIII "B" sinfində də eyni məqsədlə keçirilən sərbəst oxu dərsində yazıçı Mircəlalın bir neçə hekayəsi oxunub müzakirə edildi. Şagirdlər oxuduqları mətnlərə,oradakı mənfi və müsbət obrazlara qarşı sərbəst şəkildə rəy bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi