Kimya dərslərində müəllimin köməkliyi ilə kimyəvi reaksiyalar aparıldı
Aprel ayı ərzində məktəbdə kimya dərslərində şagirdlər bir sıra təcrübələr keçirmişlər. Kimya müəllimi Abdullayeva Təranə müəllimə şagirdlərə bir sıra reaksiyaların keçirilməsini təcrübə əsnasında göstərib. IX-X siniflərdə "Ammonium -dixromatın parçalanması reaksiyası" (süni vulkan reaksiyası) təcrübədən keçirildi. İkinci bir təcrübə "Natriumun qatı sulfat turşusu ilə reaksiyası" (açıq pəncərə qarşısında) müəllim tərəfindən aparılmışdır. Şagird İsmayıllı Orxan "Oksidləşmə reduksiya reaksiyası" nın tənliyini tərtib edib , elektron tənliyi reaksiyasını əmsallaşdırdı.Sonra digər bir sinifdə "İonların təyini " mövzusunda reaksiyalar aparldı.Şagirdlər müəllimin köməkliyi ilə mis(II) sulfatla natrium hidroksidin reaksiyasını aparmışlar. Göy rəngli çöküntünün alınması reaksiyanın axıa qədər getdiyini göstərir. İndikatorlardan istifadə etməklə məhlulda turşuları, qələviləri təyin edən reaksiyalar aparıldı. Sonra Gümüş (I) nitratın xlorid turşusu ilə reaksiyası da aparıldı. Şagirdlər lövhədə reaksiyanın tənliyini yazdılar.