"İslam Həmrəyliyi ili" ilə bağlı "Qlobal problemlərin həllində islam həmrəyliyinin rolu" mövzusunda diskussiya təşkil edildi

2017 ci ilin İslam Həmrəyliyi ili olması ilə əlaqədar məktəbdə bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də IX sinifdə "Qlobal problemlərin həllində İslam həmrəyliyinin rolu " mövzusunda diskussiya keçirildi. Müəllim Abbasova Aynur ilk öncə şagirdlərə İslam ölkələri barədə məlumat verdi. Sonra İslam ölkələri təşkilatında birləşən ölkələrin gördüyü işlərdən danışdı. O, çıxışında qeyd etdi ki, İslam sülh, haqq ədalət dini olmaqla yanaşı yüksək mənəvi dəyərləri özündə ehtiva edir. İslam cəmiyyət daxilində və beynəlxalq arenada sülhün, əmin -amanlığın, birliyin və sabitliyin qorunub saxlanılmasına, separatizm kimi halların qarşısının alınmasına xidmət edir. İslam fərdi azadlığı ən gözəl formada insanların bərabərliyini dilindən dinindən, milliyətindən asılı olmayaraq ən yüksək həddə təqdim edir. İslam dinində din qardaşlığı dəyərli hesab olunur. İslamın bəşəriyyətə bəxş etdiyi bütün bu tolerant düşüncələrə baxmayaraq bu gün müsəlmanların bir biri ilə və digər din mənsubları ilə çəkişmələrini, ixtilaflara girmələrini dini elmsizliyin və islamın insanlara təhrif olunaraq çatdırılmasının nəticəsi kimi qiymətləndirmək olar. Azərbaycanda da milli etnik azlıqlar və fərqli din mənsubları arasında sülhün qorunmasında, onların birgə yaşayışında danılmaz rol oynuyur. Azərbaycanda həmrəylik və yüksək anlaşma prinsipi o qədər yüksək inkişaf etdmişdir ki, bunu insanlığın ən yüksək nümunəsi kimi qiymətləndirmək olar. Həmrəyliyə çağırış həm də cəmiyyətin və xalqların birliyinə çağırışdır. Xalqların, dövlətlrin sülh, bəşəri dəyərlərə sadiqlik, birlik şəraitində, dinc yanaşı yaşaması çərçivəsində İslam həmrəyliyi müsəlman ölkələrinin problemlərinin həllinə, onlar arasında iqtisadi, mədəni münasibətlərin genişlənməsinə, insanlarımızın bir biri ilə daha da yaxınlaşmasına öz töhfəsini verəcəkdir. Həmrəylik müsəlman xalqlar arasında əməkdaşlığı daha da artıraraq İslam dünyasında, eyni zamanda bütün dünyada sülhün, tərəqqinin bərqərar olmasına və möhkəmlənməsinə səbəb olacaqdır. Sonra şagirdlərə bu mövzuda hazırlanan videoçarx nümayiş etdiridi. Nümayişdən sonra şagirdlər mövzuyla bağlı müzakirələr apardı .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi