VIII "A" sinfində riyaziyyat fənnindən açıq dərs keçirildi
14.04.2017 ci il tarixdə VIII "A" sinfində riyaziyyat fənnindən "Bərabərsizliklər "mövzusunda açıq dərs keçirildi. Dərsdə müəllim beyin həmləsi, BİBÖ metodundan isifadə edərək dərsi qurdu. Dərs böyük və kiçik qruplarla iş formasında aparıldı. Fizika, kimya ,biologiya, Azərbaycan tarixi,coğrafiya fənninə inteqrasiya edildi. Dərsin gedişi zamanı motivasiya quruldu, tədqiqat sualı verildi. Şagirdlər bilik və bacarıqlarından istifadə edərək araşdırma apardılar. Müəyyən edilmiş vaxt ərzində sualları cavablandırdılar. Sonda müəllim mözvunu məyyən səhvləri düzəldərək ümumi olaraq izah etdi. Dərsin sonunda şagirdlər qiymətləndirildi. Qruplar da öz növbəsində bir-birinin fəallığına, bilik və bacarıqlarına görə də qiymətləndirdi.