Texnologiya dərslərinin keçirilməsi vəziyyəti öyrənildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci tədris ili üçün fəaliyyət planının 1.1.1.19 bəndinə uyğun olaraq şagirdlərdə estetik zövqün formalaşdırılması, texnologiya fənni üzrə bilik bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi, eləcə də tədris prosesində müasir təlim, metod və texnologiyaların tətbiqi vəziyyətinin yoxlanılması məqüsədilə VII sinifdə texnologiya dərsi dinlənildi. Məqsəd şagirdlərin nəzəri biliklərinin praktikaya tətbiqi, əldə edilən bacarıqların həyati situasiyalarda tətbiq edilməsi nəzərdə tutlmuşdu. Mövzu "Balığın emal prosesi" olduğundan müəllim Pənahova Aybəniz balıqlar və onların növləri barədə məlumat verdi sonra emal prosesini izah etdi. Şagirdlər də öz növbəsində dərsdə fəal iştirak etdilər verilən suallara ətraflı cavab verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi