V-IX siniflərdə əməli yazı nümunələrinə dair yazı işləri aparıldı

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci tədris ili üçün nəzərdə tutulan fəaliyyət planının 1.1.3.5 bəndinə uyğun olaraq məktəbin V-IX sinif şagirdləri arasında düzgün yazı vərdişlərinin formalaşdırılması, həmçinin şagirdlərdə yazı mədəniyyəti, dil qaydalarına riayət etmə səviyyəsini formalaşdırmaq məqsədilə imla, inşa , ifadə, esse,əməli yazı nümunələrinə dair yoxlama yazı işləri aparılır. 13.04.2017-ci il tarixində VI siniflərdə "Kitabsız bir ömrün nə mənası var?" mövzusunda esse yazdırıldı. Şagirdlər kitabla bağlı fikirlərini , kitaba olan maraqlarını, kitabsız həyatın heç bir məna kəsb etmədiyi barədə fikirlərini kağız üzərinə köçürdülər. Bu yoxlama yazı işləri növbəti siniflərdə də aprel ayı ərzində davam etdiriləcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi