Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə toplantı keçirildi
Ümummilli lider ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün keçirilməsi münasibətilə məktəbdə tədbir planı hazırlanmışdır. Tədbirlər planına əsasən bir sıra silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 14.04.2017-ci il tarixində Narınc Mehtiyevanın rəhbərliyi ilə "Heydər Əliyev və təhsil siyasəti" mövzusunda toplantı keçirildi. Toplantıda çıxış edən Narınc xanım qeyd etdi ki, ümummilli lider, uzaqgörən insan, ulu öndər Heydər Əliyev Azərbaycan tarixində iz qoyan dahi şəxsiyyətlərdən biridir desək yanılmarıq. Bir xalq yalnız savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə qürur duya bilər. Yalnız savadlı cəmiyyətlə irəli getmək, uğurlara nail olmaq, ölkəni tanıtmaq mümkündür. Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsildə əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərinə nəzər salsaq görərik ki, təhsildə məktəblərin yenidən qurulması, dərsliklər və təhsil proqramlarının yenidən tərtib edilməsi ilə bağlı müxtəlif problemlər , çətinliklər vardı. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu problemlər aradan qalxdı və təhsildə ciddi işlər görülməyə başladı. "Təhsil millətin gələcəyidir " deyən ulu öndər Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. O, bildirmişdir ki, təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarət. Bu cəmiyyətin xüsusi sisteminə çox diqqətli yanaşmaq lazımdır. Heydər Əliyevin Azərbaycana qayıdışından sonra 1993-cü ildən etibarən təhsildə əsaslı dəyişikliklərin həyata keçirilməsi və bir çox sahələrdə ciddi islahatlara başlandı. Azərbaycan xalqı əbəs yerə bu dahi şəxsiyyəti xilaskar adlandırmır. Cəmiyyəti inkişaf etdirən yeganə amil təhsildir. Ayrı-ayrı insanların təhsil səviyyəsi bütövlükdə cəmiyyətin səviyyəsini formalaşdırır. Ümumilli liderin zəngin həyatı həmişə təhsillə bağlı olmuşdur. Ümumiyyətlə Azərbaycan təhsilinin son qırx ildən artıq bir dövrdədəki inkişafı yüksəlişi ümumilli liderin adı ilə bağlıdır. Biz də öz növbəmizdə təhsil işçiləri olaraq ulu öndərin təhsillə bağlı fikirlərii dəstəkləyir, öhdəmizən düşən çətin və şərəfli bir işi layiqincə yerinə yetirməyə çalışırı