"Yol hərəkəti qaydalarını öyrənirik və əməl edirik" mövzusunda IV "A" sinfində diskussiya keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci tədris ili üçün nəzərdə tutlmuş fəaliyyət planının 1.3.8 bəndinə müvafiq olaraq IV "A" sinfində "Yol hərəkəti qaydalarını öyrənirik və əməl edirik" mövzusunda diskussiya keçirildi. Diskussiyada şagirdlər fəal iştirak etdilər. Sinif müəllimi Rufullayeva Sevinc şagirdlərə yol hərəkəti qaydaları ilə bağlı suallar verdi, yol mədəniyyətinə dair öz fikirlərini bildirdi, hansı hallarda nə etməli olduqlarını ifadə etdi və şagirdlər sual cavab əsnasında bilmədikləri qaydaları da müəllimin köməkliyi ilə öyrəndilər. Daha sonra müəllim elektron lövhədə şagirdlərə yol nişanları ilə bağlı videoçarx nümayiş etdirdi. Şagirdlər tanıdıqları nişanlar barədə məlumat verdilər. Sonra həyətdə şagirdlər gördükləri yol hərəkəti qaydalarını, tanıdıqları yol nişanlarını real həyatda tətbiq edərək yol hərəkəti qaydalarına dair oyun keçirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi