V-IX siniflərdə əməli yazı nümunələrəinə dair yazı işləri aparıldı
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci tədris ili üçün nəzərdə tutulan fəaliyyət planının 1.1.3.5 bəndinə uyğun olaraq məktəbin V-IX sinif şagirdləri arasında düzgün yazı vərdişlərinin formalaşdırılması, həmçinin şagirdlərdə yazı mədəniyyəti, dil qaydalarına riayət etmə səviyyəsini formalaşdırmaq məqsədilə imla, inşa , ifadə, esse,əməli yazı nümunələrinə dair yoxlama yazı işləri aparılır.10.04.2017-ci il tarixdə V siniflərdə "Vəfalı it" mövzusunda ifadə yazdırıldı.Şagirdlər dinlədikləri mətni özlərinin ifadə etdiyi formada kağız üzərinə köçürdülər. Bu yoxlama yazı işləri növbəti siniflərdə də aprel ayı ərzində davam etdiriləcək.