"Milli dəyərləri öyrənərək, bəşəri dəyərlərə malik olaq" mövzusunda siniflərdə söhbətlər aparılır
Təhsilin məqsədi şagirdə yüksək bilik verməklə yanaşı , doğru, mədəni davranışlar qazandırmaqdır. Hörmət, məsuliyyət, sevgi,kimi dəyərləri öyrətmək ən ümdə vəzifəmiz sayılır. Məktəbin qabaqcıl tarix müəllimi Rzayev Əhəd 11.04.2017-ci il tarixdən başlayaraq sinif təşkilat saatlarında "Milli dəyərləri öyrənərək, bəşəri dəyərlərə malik olaq" mövzusunda söhbətlər aparır və şagirdlər arasında anket sorğu keçirir. Müəllim söhbətlərində ilk növbədə ailə birliyinə önəm vermək, dövlətçilik ənənələrinə sadiq qalmaq, qayda-qanuna hörmət etmək, əməksevərlik kimi keyfiyyətlərin milli və bəşəri dəyərlər olduğunu vurğulayır. Aparılan söhbətlərdən sonra milli -mənəvi dəyərlərin öyrədilməsi və aşılanması işinin keyfiyyətini təyin etmək məqsədilə qabaqcadan tərtib olunmuş anket sorğular şagirdlərə paylanılmışdır. Anket sorğulardakı sualların məzmunu yaş səviyyəsi nəzərə alınmaqla V-VI və VII-VIII-IX sinif səviyyələrinə görə fərqli tərtib edilmişdir.