İbtidai təhsil pilləsinin nəticələrinin V sinif təlim nəticələri ilə müqayisəli təhlili aparıldı
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci il fəaliyyət planının 1.1.2.5 bəndinə uyğun olaraq 2015-2016-cı tədris ilində IV siniflərdə keçirilmiş yoxlamaların nəticələri 2016-2017-ci tədris ilində həmin siniflərin V sinifdə riyaziyyat fənni üzrə yoxlama zamanı göstərdikləri nəticələrlə uzlaşdırılmış və müqayisəli təhlil olunmuşdur. 2015-2016-cı tədris ilində IV siniflər arasında riyaziyyat fənni üzrə mütəmadi olaraq şifahi və yazılı yoxlamalar keçirilmişdir. Konkret nəticələr üzərində təhlil aparmaq üçün yazılı yoxlamalar aparılmışdır. Hər 3 yoxlama zamanı şagirdlərə 2 variantlı 5 açıq sual təqdim edilmişdir. Fevral ayınada keçirilmiş "Məntiq yoxlaması "istisna olmaqla yanvar və may aylarındakı yoxlamalarda summativlər zamanı aldıqları qiymətlərdən asılı olmayaraq bütün şagirdlər iştirak etmişdilər. 2016-2017-ci tədris ilində IV siniflər qruplaşdırılmış şəkildə V sinifdə yerləşdirilmişdir və mütəmadi şifahi, yazılı yoxlamalar aparılmışdır. Son dəfə mart ayında yazılı yoxlama keçirilmişdir. Şagirdlərə 2 variantlı 10 qapalı və açıq sualdan ibarət tapşırıqlar hazırlanmışdır. Tapşırıqlar qruplaşdırma aparılmış siniflərin səviyyələrinə uyğun olaraq tərtib edilmişdir. Növbəti yoxlama zamanı şagirdlərə təqdim edilən tapşırıqların qiymətləndirmə şkalasına uyğun yəni 20%,30%,30%,20% (20%,60%,20%) olması məsləhətdir. Çünki tapşırıqlar sırasında çətinlik dərəcəsi yüksək olan çalışma yox idi. Tapşırıqların sırasında təkcə misallar deyil, məsələlərin də olması məsləhətdir. Nəticə etibarilə IV sinifdə aparılan yoxlamalar V sinifdə də eyniylə nəticələnmişdir.