Lütfizadə adına II Məntiq olimpiadasının məktəb turunun qalibləri bəlli oldu

01.04.2017-ci il tarixdə İstək liseyinin nəzdində keçirilən Lütfizadə adına II Məntiq olimpiadasının məktəb turu keçirilmişdi.Olimpiadada iştirak edən şagirdlərə 30 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilmişdi. Verilən vaxt ərzində şagirdlər tapşırıqları yerinə yetirdilər. Nəticələr çox sevindirici oldu. Məktəbin 43 şagirdinin iştirak etdiyi müsabiqədə 10 şagird 83-93 % arası bal yığmışdır. Məktəb turu üzrə ən yaxşı nəticə göstərən şagird VI"B" sinif şagirdi Kamil Xəlilovdur. O, 96% suallara düzgün cavab vermişdir. Güleyfə Cəfərova, Əkbər Əliyev, Samirə Abbasova, Rəvan Şahverənli, Fatimə Əliyeva, Emil Əmirov, Nəzrin Musayeva, Hüseyn Quliyev, Əsgər Əsgərov yüksək faizli bal yığan şagirdlər siyahısındadırlar. Bu münasibətlə bütün şagirdləri təbrik edirik, onlara növbəti turlarda müvəffəqiyyət arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi