IV siniflərdə "Oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi" üzrə yoxlama aparıldı

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin fəaliyyət planının 1.1.2.10 bəndinə uyğun olaraq " İbtidai sinif şagirdləri arasında oxuyub anlama bacarıqlarının inkişafı layihəsi " üzrəIV siniflərdə linqvistik və semantik bacarıqlar yoxlanıldı. Direktor tərəfindən IV"C" və IV"Ç" sinifləri yoxlanıldı. Məqsəd şagirdlərdə linqvistik və semantik bacarıqların necə formalaşdığını yoxlamaq idi. IV"C" sinfində şagirdlər öz dərsliklərindən keçilməyən mətnlərdən birini oxudular, sonra həmin mətn əsasında ifadə yazdılar. IV"Ç" sinfində isə şagirdlərə lövhədə sözlər yazmaq tapşırıldı. Sözlərin üzərində qeyri ixtiyari xətt şəkildi. Xəttin üzərində olan sözlər vərəqlərə köçürüldü. Həmin sözlərdən uyğun gələnlərini istifadə etməklə şagirdlərin maraqlarına uyğun inşa yazmaq tapşırıldı. Yoxlama nəticəsində şagirdlərdə oxuyub-anlama, fikrini yazılı formada sərbəst ifadə etmə, istəklərini ifadə etmə bacarıqlarınınə dərəcədə formalaşdığı və söz ehtiyatının zənginliyi öyrənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi