" 2 Aprel Beynəlxalq Uşaq kitabı günü" münasibətilə şagirdlər Mərkəzi kitabxanada oldular
Məktəbin III"B" sinif şagirdləri " 2 Aprel Beynəlxalq Uşaq kitabı günü" münasibətilə M.S.Ordubadi adına Mərkəzi kitabxanada oldular. Kitabxanaçı şagirdlərə kitabxanada olan kitablar haqqında məlumat verdi. Sonra "2 aprel Beynəlxalq Uşaq kitabı günü " barədə məlumat verdi. O, məlumat verərkən qeyd etdi ki, bu şagirdlər arasında kitaba maraq gündən günə artır. Ən çox kiçik siniflər nağıllara üstünlük verir. Ən çox oxuduqları nağıllar "1001 nağıl" , "Məntiqi məsələlər", "Uşaq ensiklopediyaları", "Heyvanlar haqqında", "Təbiət haqqında" olan kitablar olur. Biz istərdik və sevinərdik ki, şagirdlər bədii kitablar oxuyaraq maariflənsin.