Məktəbdə II Məntiq olimpiadası keçirildi
İstək liseyini nəzdində Lütfizadə adına II Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərələsi keçirlidi. Məktəb üzrə 50 nəfər V-VI sinf şagirdləri məntiqi biliklərini sınadılar. Məktəbdaxili mərhələdə şagirdlərə 30 test sualı təqdim olunub. İlk turda uğur qazanan məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulur. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.