31 mart Azərbaycanlıların soyqırımı günüdür
31 mart azərbaycanlıların soyqırımı günüdür. Bu münasibətlə məktəbdə səhər şagirdlərin qəbulu zamanı tarix müəllimi Rzayev Əhəd şagirdlər qarşısında çıxış etdi. O, çıxışında bildirdi ki,31 mart Azərbaycan tarixində unudulmaz günlərdən biri kimi yadda qalıb.31 Mart Soyqırımı — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Bundan əlavə məktəbdə ilk dərs ssatları soyqırıma həsr edilmişdir.sinif təşkilat saatlarında bu mövzuda söhbətlər aparılmışdır. Soyqırıma həsr olunan divar qəzeti və kitab sərgisi təşkil edilmişdir.