Məktəbdə aprel şəhidlərinin anım günləri keçirilir
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci tədris ili üçün fəaliyyət planının 1.3.22 bəndinə uyğun olaraq 29-31 mart tarixlərində məktəbdə 2016-cı il aprel döyüşlərində şəhid olan qəhrəman oğulların anım günləri elan edildi. UBTR tərəfindən məktəbin foyesində şəhidlərə həsr edilmiş stend hazırlanıb. Şəhidlik zirvəsinə ucalan oğulların şəkillərindən ibarət sərgi hazırlanımışdır .Məktəbin hərbi rəhbəri Manafov Manaf tənəffüslər zamanı şagirdlərə Azərbaycan tarixində yeni qəhrəmanlıq səhifəsi yaradan, torpağı uğrunda göz qırpmadan canını fəda edən igid oğulların həlak olduğu dörgünlük müharibə haqıında məlumat verdi. O, qeyd etdi ki, "2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında hərbi münaqişə baş vermişdi . Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi. Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanmışdır." Şagirdlərə göstəriş verildi ki, bu hadisələrlə bağlı videoçarxlar hazırlansın.