"Kompyuter əsri olsa da kompyuterin əsiri olma" mövzusunda seminar keçirildi

Bakı şəhəri üzrə Təhsil idarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci il fəaliyyət planının 1.4.13 bəndinə uyğun olaraq III sinifdə "Kompyuter əsri olsa da kompyuterin əsiri olma" mövzusunda seminar keçirildi. Müəllim Aslanova Xəyalə çıxış edərək bildirdi ki, müasir məktəblilər televizorla, video və kompüterlə çox ünsiyyətdə olurlar. Əgər əvvəlki nəsil kitabla çox təmasda olurdusa, indiki şagirdlərimiz məlumatı komputer vasitəsilə alırlar. Tədris prosesində dəyişikliklər şagirdləri əqli vəziyyətinin sürətlənməsinə səbəb olmuşdur. Təhsilin əsas problemi insana lazım olan məlumatın gündən günə artması və insanların bu məlumatları bilməməsidir. İnsan həyatında baş verən kompüterləşmə prosesi ilə əlaqədar olaraq orqanizmə, fiziki və psixi sağlamlığa təsir edir. Aparılan müşahidələr göstərir ki, kompüter qarşısında uzun müddət oturmaq, elektromaqnit şüalanma, əl oynaqlarının yüklənməsi, görmə qabiliyyətinin yüklənməsi məlumatların itirlməsi zamanı həyəcan insana ziyan gətirən amillərdən sayılır. Kompüter qarşısında qaydalara uyğun oturmamaq uşaqlarda bərpası mümkün olmayan fəsadlara aparıb çıxara bilər. Uşaqların aktiv şəkildə oynadıqları oyunları bu gün passiv kompüter oyunları əvəz edir. Bu zaman bütün fikrini oyuna yönəldən uşaqlarda ciddi psixi pozuntular yaradır. Onlarda ətrafdakılara qarşı daha sərt və soyuq münasibətli olmalarına gətirib çıxarır. Kompüter asılılığı uşaqların real dünyaya ayırdığı vaxtı azaldır. Hazırda ən böyük problemlərdən biri də insanların "kompüter asılılığı"ndan qurtarmaqdır. Əsas məsələ texnoloji məhsullara hakim olmaq və onlardan xeyirli məqsədlər üçün istifadə etməkdir. Uşaqlara internetdən biliyin artırılması məqsədilə istifadə etməsini öyrətməli və buna həvəsi artırmalıdırlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi