X sinif şagirdi İsmayıllı Orxan "Ölkəmizi tanıyaq" VII tur aksiyanın iştirakçısı oldu

Məktəbin X sinif şagirdi İsmayıllı Orxan 23-26 mart tarixlərində Prezidentin sərəncamı ilə həyata keçirilən "Ölkəmizi tanıyaq" devizi altında keçirilən VII tur aksiyanın iştirakçısı olmuşdur. Onlar bu aksiya ilə ölkəmizin qədim diyarı olan Naxçıvana yola düşüblər. Şagirdimiz bu turdan xoş xatirələrlə qayıdıb. Orxanın bu aksiya haqqında söylədikləri: "Biz, bu dörd gün ərzində Naxçıvan Muxtar Respublikasının Şahbuz ,Culfa, Ordubad rayonlarını, Naxçıvan şəhərini gəzdik, Naxçıvanın gözəl təbiətinə heyran olduq.Yurdumuzun qədim diyarı olan Naxçıvanın tarixi, mədəniyyəti, adət -ənənələri ilə tanış olduq. Biz bu vaxt ərzində Möminə Xatun türbəsini, Qeysəriyyə sarayını,Gülüstan türbəsini,Yusif Məmmədəliyev, Məhəmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi muzeylərini, Hüseyn Cavid məqbərəsini ziyarət etdik. Naxçıvan Universiteti və Naxçıvan Dövlət Universitetini, 2 nömrəli və 3 nömrəli məktəblərdə olduq. Batabat dövlət qoruğunda və Rəsədxanada olduq, bu yerlər haqqında daha dərin məlumatlar aldıq.Duzdağ Fitoterapiya mərkəzində olduq.Sonra bizi "Badamlı" mineral sular zavodunda olduq mineral suların istehsal prosesini izlədik. "Nazlifan" avtomobil istehsalı zavodunda olduq və istehsal haqqında biliklərə yiyələndik. Bir sözlə hər şey çox gözəl idi. Çox şadam ki, mən də bu tur aksiyanın iştirakçısı oldum, bu gözəl məkanı gəzdim. Bu aksiyanı təşkil edən, əməyi keçən hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm."