IV sinifdə "Müsəlman ölkələrində Novruz adət ənənələri" mövzusunda təqdimat keçirildi
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci tədris ili üçün fəaliyyət planının 1.3.19 bəndinə müvafiq olaraq IV b sinfində "Müsəlman ölkələrində Novruz adət ənənələri" mövzusunda təqdimat keçirildi.Təqdimatda məktəbin direktoru Mehtiyeva Narınc,Tərbiyə işləri üzrə direktor müavini Hüseynova Rahilə və ibtidai sinif müəllimləri iştirak edirdi. İbtidai sinif müəllimi Sadıqova Səltənət çıxış edərək bildirdi ki, "Novruz milli bayramdır. Novruz sözünün mənası "Yeni gün" deməkdir. Novruz təkcə Azərbaycanda deyil,müsəlman şərq ölkələrinin hamısında keçirilir.Bu bayram Azərbaycan,Türkiyə,İran, Əfqanıstan,Pakistanla yanaşı beş Orta Asiya Respublikasında dövlət səviyyəsində keçirilir. Novruz bayramını coxmillətli bayram kimi təqdim etmək olar.Nəzər salsaq görərik ki, bizi birləşdirən oxşar cəhətlər çoxdur,lakin fərqlilik də az deyil. Novruz müxtəlif xalqları, etnosları bir araya gətirən, onların arasında kosmik harmoniya,sülh və barış yaradan bir bayram kompleksidir." Sonra Novruzun müxtəlif ölkələrdə necə qeyd edilməsi barədə videoçarx nümayiş etdirildi.Şagirdlər də öz növbəsində həmin ölkələrin adət ənənələri barədə məlumat verdilər