"Keyfiyyətli təhsil və müəllimin vəzifəsi" mövzusunda seminar keçirildi
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci tədris ili üçün fəaliyyət planının 1.1.1.22 bəndinə əsasən "Keyfiyyətli təhsil və müəllimin vəzifəsi" mövzusunda seminar keçirildi. Seminarda məktəb rəhbərliyi, UBTR, Məktəb Valideyn Komitəsinin sədri Əliyeva Arzu və sinif komitələrinin üzvləri , psixoloq, məktəb həmkarlar təşkilatının sədri iştirak edirdi.Məktəbin direktoru Mehtiyeva Narınc "Keyfiyyətli təhsil və müəllimin vəzifəsi" mövzusunda mühazirə ilə çıxış etdi. Çıxışında o, bildirdi ki, müəllim və şagirdlər arasında olan münasibətlərin, psixoloji mühitin dəyişdirilməsi yeni təlim metodlarının tətbiq edilməsinin əsas şərtidir. Şagirdlərə hörmətlə yanaşma, etibaretmə hissinin yaradılması, cavabların yaxşı və ya pis qiymətləndirilməsidən kənarlaşma şagirddə müəllimə qarşı hörmət , özünə inam hissi yaratmalıdır. Məktəb bü gün yalnız elmi biliklər verən, müxtəlif ali məktəblərə abituriyent hazırlayan müəssisə deyil, cəmiyyətdə düzgün davranmağı bacaran insanlar yetirşdirən tərbiyə ocağıdır. İnsan o vaxt ətrafındakılara hörmət edər, xeyirxah münasibət bəsləyər ki, o, davranış gözəlliyinə malik olsun.Təlim prosesində təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən amillərdən ən mühümü müəllimin peşəkar -pedaqoji fəaliyyətində tələb olunan dəyişikliklərdir. Bununla yanaşı şagirdlərin həyəcan və utancaqlıq hisslərinin dəf edilməsi də mühüm amillərdən sayılır.Təhsilin keyfiyyətini yüksəltmək üçün şagirdlər arasında intizamsızlıq doğuran amilləri, onların ətraf mühitin mənfi təsirinə məruz qalmasını, pis adət və vərdişlərin yaranmasını aradan qaldırmaq vacibdir. Bunun üçün də məktəb-valideyn əlaqəsini gücləndirmək vacibdir. Müəllim öz şagirdləri haqqında müxtəlif mənbələrdən informasiya almalıdır. Müasir məktəbdə müəllimin bir subyekt kimi mövqeyi böyük əhəmiyyət kəsb edir.Təhsilin keyfiyyəti və müəllimin peşəkar fəaliyyətinə qoyulan tələblər bilavasitə dövlətin, cəmiyyətin, sosial mədəni mühitin ehtiyac hiss etdiyi məktəb modeli ilə müəyyən olunur. Nəticə etibarilə demək olar ki, təlim prosesinin uğuru özünü və öz əməyini şagirdlərinin idrak və emosional fəaliyyətinin və tərəflərin qarşılıqlı müünasibətlərinin idarə edilməsinə yönəlmiş müəllimin öyrətdiklərini necə öyrətməyi təşkil etmək bacarığından asılıdır.