Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın milli -mədəni irsinin, ədəbiyyat və incəsənətinin qorunmasında, beynəlxalq səviyyədə təbliğ olunmasında müstəsna roluna həsr edlimiş toplantı keçirildi
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci il üçün fəaliyyət planının 1.3.19 bəndinə uyğun olaraq Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın milli -mədəni irsinin, ədəbiyyat və incəsənətinin qorunmasında, beynəlxalq səviyyədə təbliğ olunmasında müstəsna roluna həsr edlimiş toplantı keçirildi. Toplantıda məktəb kollektivi, işçi heyət və valideynlər iştirak edirdi. Məktəbin direktoru Mehtiyeva Narınc çıxış edərək bildirdi ki, Azərbaycanda qadına verilən yüksək dəyər göz qabağındadır. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın xalqa qayğısı, milli-mədəni irsimizin öyrənilməsində və təbliğində rolu böyükdür. Azərbaycanın UNESCO təşkilatı ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq üçün də böyük əmək sərf etmişdir. Ölkəmiz 22 ildir ki, UNESCO-nun üzvüdür.1996-cı ildən BMT-nin elm, təhsil və mədəniyyət üzrə əlaqələrimizin genişlənməsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri olmuşdur. Mehriban xanım 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqisinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Bu əlaqələrin nəticəsidir ki, hazırda Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. Azərbaycan muğamı 2003-cü ildə UNESCO-nun Qeyri maddi mədəni İrsi siyahısına daxil edilmişdir. Maddi mədəniyyətimizin çox qiymətli nümunələri olan İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi UNESCO-nun Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir və dünya əhəmiyyətli abidələr kimi tanınır, ümumdünya irsi kimi qorunub saxlanılır. UNESCO-nun Qeyri Maddi Mədəni İrsinin Qorunması üzrə komitəsinin Abu-Dabi şəhərində keçirilmiş IV sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti ilə yanaşı, Novruz bayramı da UNESCO- nun Qeyri Maddi Mədəni İrs siyahısına salındı.Xalçaçılıq dübyanın bir sıra ölkələrində yayılsa da qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Azərbaycan xalçasının UNESCO-nun bəşəriyyətin Qeyri Maddi Mədəni İrsinin Reprezantativ Siyahısına daxil edilməsi ölkəmizin böyük uğurudur. Ötən il Qobustan Dövlət Tarixi Bədii qoruğu da Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir. Bununıla yanaşı Azərbaycanın tar ifaçılığı sənəti və qədim ənənəvi çovkan oyunu da UNESCO-nun Qeyri Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Azərbaycan incəsənəti, mədəniyyəti, ədəbiyyatı artıq dünya miqyasında tanınır, Avropa ölkələri tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan Respublikasının inkişafı Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonuik inkişaf edir. Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyeva çıxışlarının birində bildirmişdir ki, "Azərbaycan bu gün tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən birinə çevrilib. Əsrlər boyu ölkəmizdə müxtəlif xalqların dinlərin təmsilçiləri dostluq, qarşılıqlı etimad və sülh şəraitində rahat yaşayır, fəaliyyət göstərirlər. Bu gün də biz ənənəmizi, köklərimizi və tariximizi qoruyub saxlayaraq dünya mədəni müxtəlifliyinə böyük hörmətlə yanaşırıq."