Məktəbdə xarici dillərin yoxlanılması üzrə monitorinqin keçirilməsi davam edir
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci il üçün tədbirlər planının 1.1.1.21 bəndinə əsasən xarici dillərin yoxlanılması üzrə monitorinqin keçirilməsi davam edir. Bu dəfə IX sinifdə xarici dili üzrə formal və informal yazı nümunələri şagirdlərə təqdim edildi. Şagirdlər tanış olduqları yazı nümunələrinə uyğun məktub yazdılar. Yazdıqları məktublarda lüğət ehtiyatlarından , söz və ifadələrdən istifadə etməklə yazılan məktublar müəllimə təqdim edildi.