Məktəb nümayəndəliyi İlaxır çərşənbəyə həsr edilən tədbirdə iştirak etdi
Novruz Azərbaycan xalqının milli bayramlarından sayılır .Hər il bu bayram dövlət səviyyəsində qeyd edilir. Bu il də Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 11saylı İnteqrasiya təlimli internat məktəbində təşkil edilmiş bayram tədbiri keçirildi.Tədbirdə bir neçə məktəb eləcə də bizim məktəbin nümayəndəliyi iştirak edirdi.Novruz sərgisi təşkil edilmişdi.Kosa keçəlin də iştirakı ilə şagirdlər şerlər söylədi Novruz bayatıları dedi.Sonra İcra başçısı bayram tonqalını alovlandırdı.Tədbir şən musiqi, rəqslərlə davam etdi.