Şagirdlər Torpaq çərşənbəsini qeyd etdilər

Hər çərşənbə olduğu kimi bu çərşənbədə də şagirdlər Torpaq çərşənbəsini qeyd etdilər. Onlar çıxışlarında qeyd etdilər ki, Torpaq çərşənbəsi Novruza qədər qeyd olunan çərşənbələrdən sonuncu İlaxır çərşənbədir. Torpaq çərşənbəsinə qədər Su, od, yelin oyanışından sonra sonda torpaq oyanır və yeni həyat başlayır. Bu çərşənbəyə xalq daha həvəslə və maraqla hazırlaşır. Evlərdə şirnilər bişirilir, plov süzülür, tonqallar qalanır, niyyət edilib qapı pusulur. İnama görə axır çərşənbədə evdən un verməzlər, hər bir ailə üzvünün adına şam yandırarlar, şamı yarımçıq söndürməzlər. İlaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. Küsülülər barışır. Bundan əlavə şagirdlər Kosa və Keçəlin oyunlarına tamaşa etdilər. Onlarda öz növbəsində xalqı bayram münasibətilə təbrik etdilər, onlara bol ruzi bərəkət can sağlığı arzu etdilər.Tədbir şən müsiqi və rəqslərlə davam etdi.Sonda məktəbin direktoru Narınc Mehtiyeva da öz növbəsində hamını İlaxır çərşənbə və Novruz bayramı münasibəti ilə təbrik etdi .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi