X sinifdə Xarici dil fənni üzrə esse yazı müsabiqəsi keçirildi
Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2016-2017-ci tədris ili üçün fəaliyyət planının 1.1.1.21 bəndinə əsasən məktəbdə Xarici dil fənni üzrə X sinif şagirdlərində şifahi nitqin inkişafı səviyyəsi, ən zəruri qrammatik anlayışlar və dil konstruksiyalarının mənimsənilmə səviyyəsinin öyrənilməsi baxımından esse yazı müsabiqəsi keçirldi. Müsabiqədə şagirdlərə ingilis və fransız dilləri üzrə "Mənim doğma Vətənim" və "Mənim ölkəm " mövzusunda esselər yazmaq tapşırıldı. Şagirdlər lüğət ehtiyatlarından və keçdikləri mətnlərə nəzərən öz fikirlərini ingilis və fransız dillərində Vətənimiz Azərbaycanı gözəl sözlər və ifadələrlə tərənnüm etdilər.