"Bədən tərbiyəsi və idman günü" münasibəti ilə məktəbdə voleybol yarışları keçirildi
Mart ayının 5-i Azərbaycanda "Bədən Tərbiyəsi və İdman Günü" kimi qeyd olunur. Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Məktəbin Bədən tərbiyəsi və İdman fənninin fəaliyyət planına əsasən 05.03.2017-ci il tarixində "Bədən tərbiyəsi və idman günü" ilə əlaqədar məktəb üzrə voleybol yarışları keçirildi. Yarışlarda IX "A" və IX "B" sinfinin qızlarından ibarət komandaları iştirak edirdi. IX "A" sinfinin komandası 2:0 hesabı ilə qalib gəldi. Qalib komanda səhər sıralar önündə rəhbərlik tərəfindən rəğbətləndirildi.