"Azərbaycan İslam sivilizasiyasının mərkəzidir" mövzusunda seminar keçirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017- ci ili Azərbaycanda "İslam həmrəyliyi ili" elan etməsi ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsinin tərtib etdiyi tədbirlər planına uyğun və məktəbdə təşkil edilmiş tədbirlər planına uyğun olaraq məktəbdə "Azərbaycan İslam sivilizasiyasının mərkəzidir" mövzusunda seminar keçirildi. Məktəbin tarix müəllimi Muradov Yusif mövzuyla bağlı məruzə edərək bildirdi ki, Azərbaycan İslam mədəniyyətinə, İslam sivilizasiyasına özünəməxsus- çox böyük töhfələr bəxş edib, İslam mədəniyyətinə aid bir çox abidələri qoruyub saxlayıb, yaşadıb. Ümumiyyətlə Azərbaycan xalqı İslamı, mənəvi dəyərləri, Qurani-Kərimin kəlamlarını, müdrik fikirlərini həmişə yüksək qiymətləndirib. Azərbaycan tarixən mədəniyyətlərin və sivilizasiyanın qovuşduğu yer olub. Azərbaycanda başqa dinlər, mədəniyyətlər də olubdur ki, onların təzahürləri bü gün də yaşamaqdadır. Bütün bunlar Azərbaycanın yüksək mədəniyyət və tolerantlığa malik bir ölkə olduğunun göstəricisidir. Azərbaycan öz coğrafi vəziyyətinə əsasən Qərb sivilizasiyası ilə Şərq sivilizasiyasını birləşdirən bir ölkədir. Bununla belə Azərbaycan Şərqlə Qərbi, Avropa ilə Asiyanı, xristian aləmi ilə islam aləmini birləşdirən ölkədir. Müsəlman ölkələri Azərbaycana çox böyük hörmətlə yanaşır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar ölkəmizə İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atılması üçün əlverişli şərait yaradır.