Laborator işlərin monitorinqi keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017- ci il Fəaliyyət planının 1.1.1.24 bəndinə və tərtib edilmiş komissiyaya əsasən mart ayının I ongünlüyündə fizika, kimya, biologiya fənləri üzrə şagirdlərin nəzəri bilikləri praktik təcrübədə tətbiqetmə bacarıqlarının inkişafına xidmət edən laboratoriya məşğələlərinin təşkili vəziyyəti öyrənilmişdir.Fənn müəllimləri hesabatlarında laboratoriya işlərinin aparılmasında aşağıdakı qeyd olunanları həyata keçirdiklərini bildirdilər:-laboratoriya işlərinə hazırlıq mərhələsi, onun yerinə yetirilməsi qaydalarının izahı,-şagirdlərə laboratoriyada işləyərkən təhlükəsizlik texnikası qaydalarının xatırlanması,-müəllimin müşahidə nəticələri qeydlərinin aparılması və rəhbərliyə təhvil verilməsiPraktik işlərin aparılması müddətində ayrı -ayrı fənlər üzrə istifadəsi mümkün olan praktik metodlar nümayiş etdirilmiş və onlara dair həyati bacarıqları formalaşdıran nümunələr təqdim edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi