Şagirdlər müəllimlərin "8 Mart Beynəlxalq Qadınlar günü"nü belə təbrik etdi

07.03.2017 tarixinde 3 "Ç" sinfinin hazırladığı "Anaların bayramı" adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlərin valideynləri iştirak etdilər.Tədbir tarixin səhifələrinin vərəqlənərək "8 Mart Beynəlxalq Qadınlar Günü"nün yaranması tarixi ilə başlandı. Bir çox məşhur insanların qadınlar haqqında söylədikləri fikirlər xatırlandı. Qadının müasir cəmiyyətde tutduğu mövqe, cəmiyyətin aparıcı qüvvələrindən biri olmas şagirdlərin çıxışlarında öz əksini tapdı. Bir çox cahil insanların qadın təhsilinə pis baxması, lakin Haci Zeynalabdin Tağıyevin açdığı "Qizlar məktəbi"nin bu cahil fikirləri zamanla aradan qaldırması ve qizların təhsilə cəlb olunması şagirdlər tərəfindən qeyd olundu. Tədbirə böyük həvəslə hazırlaşan üçüncülər şeir ve nəğmələri, rəqsləri, hazırladıqları səhnəciklərlə böyük həvəslə çıxış etdilər. Sonda üçüncülər ailələrinin, cəmiyyətin, Vətənin xoş rifahi, xoşbəxt gələcəyi üçün ellerinden gələni edəcəklərinə söz verdilər. Yekun olaraq məktəbin direktoru Narınc Mehtiyeva üçüncülərə, onlarin valideynlərinə ve 3 "Ç" sinif rəhbəri Mehriban Şərifovaya hazırladıqları bu tədbir üçün öz minnətdarliğını bildirərək bütün xanımları ve 108 nömrəli məktəbin xanım kollektivini təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi