"Gələcəyini qur!" Gəncliyə dəstək layihəsi- üzrə seminar keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə məktəbin X sinif şagirdləri üçün "Gələcəyini qur!" Gənclərə dəstək layihəsi üzrə seminar keçirildi. "Gələcəyini qur " layihəsinin koordinatoru Ağakişiyev Ceyhun çıxış edərək layihə barədə məlumat verdi. O, qeyd etdi ki, bu layihə 2014-cü ildən həyata keçirilir. Layihənin məzunları hal -hazırda qəbul imtahanlarında topladıqları yüksək balların nəticəsində Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində ödənişsiz təhsil alır. "Gələcəyini Qur" layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və tövhə vermək, bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihənin qarşıya qoyduğu vəzifələr - 1) Az təminatlı ailələrdən yüksək bilik və bacarığa malik qız və oğlanlardan ibarət 10-cu sinif şagirdlərinin ali təhsil ocaqlarına qəbul olmaları üçün onların universitetə qəbul imtahanlarına hazırlanmasına dəstək olmaq; 2)Layihə iştirakçılarının müvafiq istiqamət və mövzularda bilik və bacarıqlarını artırmaqla cəmiyyətə uğurlu inteqrasiyalarına nail olmaqdır. Layihəyə seçim 5 mərhələ üzrə aparılır:Müraciət edən şagirdlərin ərizə formalarının qiymətləndirilməsi;Namizədlərin ixtisas fənləri üzrə ümumi bilik səviyyəsinin ölçülməsi üçün sınaq imtahanı;Namizədlərin müsahibə yolu ilə dəyərləndirilməsi;Bir aylıq sınaq dərsləri və sınaq imtahanı;Namizədlərin ailələrinə səfər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi