Şagirdlərlə peşəyönümü istiqamətində maarifləndirici söhbət aparıldı

06.03.2017-ci il tarixində məktəbin yuxarı sinif şagirdləri ilə direktor və tərbiyə işləri üzrə direktor müavininin rəhbərliyi ilə peşəyönümü işinin gücləndirilməsi, bu sahədə səmərəliliyin artırılması, şagirdlər arasında peşəyönümü işinin əhatə dairəsinin daha da genişləndirilməsi istiqamətində maarifləndirici söhbətlər aparıldı. Qeyd edildi ki, peşə seçimi onların marağı, meylləri, qabiliyyətləri, əmək bazarında olan mövcud təlabat nəzərə alınmalıdır. Düzgün peşə seçimində hər kəs öz yerini və imkanlarını dəqiq bilməli , müəyyənləşdirməlidir. Söhbətin sonunda şagirdlərə peşə hazırlığına dair sorğu anketi paylandı. Şagirdlər verilmiş müddət ərzində anketə qeydlərini yazdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi