"Narkomaniya nədir? Onun maddi və mənəvi zərbələri haqıında " dəyirmi masa keçirildi.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 13 fevral 2017-ci il tarixli 962-03/07 № li qərarına əsasən "Narkotik vasitələrin, psixotrop maddələrinin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018 ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq məktəbdə təşkil edilmiş tədbirlər planına əsasən VIII-IX siniflər arasında məktəbin psixoloqu Bayramova Tükəzban tərəfindən "Narkomaniya nədir? Onun maddi və mənəvi zərbələri haqıında " dəyirmi masa keçirildi. Dəyirmi masa zamanı psixoloq şagirdlərə bildirdi ki," Məlum olduğu kimi hazırda ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verilir. Ölkəmiz müstəqilliyini qazandığı ilk illərdə də bu məsələ dövlətin daim diqqətində olub. Hələ Azərbaycan Ümumilli Lideri Heydər Əliyevin dövründə narkotiklərlə mübarizə istiqamətində xeyli işlər görülüb.Hər gün televizor, qəzet ve xəbərlərdə narkotikdən həyatlarını itirən minlərlə insanların həyatını izləyirik.Narkomaniya əsrin bəlasıdır. Dünyada narkotikdən istifadə edənlərin yaşı 13-ə enmişdir və hər keçən gün ondan istifadə edənlərin sayı artır. Narkotikdən asılılıq insanları pis əməllər törətməyə, insanlara, ətrafına zərər verməyə vadar edir. Gənclər mənəvi və psixoloji, eyni zamanda da fiziki cəhətdən o qədər güclü olmalıdır ki, onu heç bir şər qüvvə təsir altına sala bilməsin. Lakin gəncləri düz yolundan çəkindirənlər, onları narkotik asılılığına düçar edənlər, onlar arasında narkomaniya hallarının yayılmasına çalışan qüvvələr də fəaliyyət göstərir." Narkomaniyaya aid videoslayd nümayiş etdirildi. Psixoloq həmçinin tövsiyyə etdi ki, hər hansı bir problem olduqda heç də hər şeyin həllini narkotiklərdə , zərəli vərdişlərdə tapmayaq. Çalışaq öz bacarığımız sayəsində hər şeyin öhdəsindən gələk. Heç kimə inanmayaq. Zərərli vərdişlərdən uzaq olaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi