Məktəbdə müəllimlərlə etik davranış qaydaları istiqamətində maarifləndirici yığıncaq keçirildi
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 21.02.2017-ci il tarixli 11/153 № li əmrinə əsasən məktəb rəhbərliyi məktəbin bir qrup müəllimləri ilə müəllimlər arasında etik davranış qaydaları istiqamətində maarifləndirici yığıncaq keçirdi. Yığıncaqda müəllimlərin etik davranış qaydaları müzakirə edildi və həmin qaydaların 5 maddəsinin 2 bəndinə əsasən müəllimlər "Müəllim andı"nı imzaladılar.