Məktəbdə "Azərbaycan tarixi və etnoqrafiyası aylığı" ilə əlaqədar seminar keçirildi

"Azərbaycan tarixi və etnoqrafiyası aylığı" ilə əlaqədar tədbirlər planına əsasən məktəbin tarix müəllimi Rzayev Əhəd şagirdlərlə "Azərbaycanın dünyaya inteqrasiyası" mövzusunda seminar keçirdi. Seminarda müəllim Azərbaycan tarixinə istinad edərək bildirdi ki, dövlətimiz bu günkü günə qədər bir çox sınaqlardan keçmişdir. Qədim dövrlərdən bu günə qədər Azərbaycan dövlətinin keçdiyi keşməkeşli dövrü, onun dünyaya inteqrasiya edilməsində rolu olan şəxsiyyətlərdən söhbət açdı. O, çıxışında qeyd etdi ki, XX əsrdə Azərbaycanın dünyaya inteqrasiya etməsində ümumilli lider, ulu öndər, görkəmli şəxsiyyət Heydər Əliyevin rolu böyükdür. Daha sonra Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərdən söhbət açan məruzəçi bu gün onun yolunu layiqli davamçısı İlham Əliyevin davam etdirdiyini qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi