Məktəbdə Xocalı faciəsinə həsr edilən tədbir keçirildi

Xocalı soyqırımının iyirmi beşinci ildönümü münasibəti ilə məktəbin IV "C" sinif şagirdləri Səmədova Mehriban müəllimənin rəhbərliyi altında "Xocalısız 25 il" adlı tədbir keçirdi. Tədbir Xocalı qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Tədbirdə 1992-ci ilin fevral ayında Xocalı şəhərində baş verən hadisələr, insanların başına gətirilən amansız dəhşətlər barədə məlumat verildi. Dil acizdir bu vəhşəti, bu vəhşilikləri söyləməyə. Həmin gecə 800-dən çox Xocalı sakininin həyatına son qoyuldu, 8 ailə tama məhv edildi, 1277 nəfər əsir götürüldü, 635-i uşaq olmaqla 106 qadın, 70 qoca,487 nəfər sakin yaralanı girov götürülən 150 nəfərdən 68 qadın və 26 uşaq olmaqla sakinin taleyi bu günə qədər məlum deyil. Həmin gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi