Fənn metodbirləşmə iclası keçirildi
Bakı şəhər Təhsil İdarəsinin 2016-2017-ci tədris ili üçün fəaliyyət planına uyğun olaraq məktəb üzrə fənn metodbirləşmə rəhbərlərinin iclası keçirildi. İclasda məktəbin direktoru birinci yarımil ərzində görülmüş işlər barədə danışdı. Metodbirləşmə rəhbərləri birinci yarımildə görülən işlərin, metodbirləşmə tərkibinə daxil olan fənn müəllimlərinin fəaliyyəti haqda məlumat verdilər. Qarşıda duran vəzifələr barədə müzakirələr edildi.