"Danışır Məktəb TV" müsabiqəsi keçirildi
22.02.2017 – cil il tarixdə 108 nömrəli tam orta məktəbdə "İbtidai sinif aylığı" çərçivəsində fəaliyyət planına uyğun olaraq II-IV sinif şagirdləri arasında “DANIŞIR MƏKTƏB TV” diktorluq müsabiqəsi təşkil olunmuşdur. Bu tədbirin keçirilməsində məqsəd istedadlı şagirdlərin üzə çıxarılması, şifahi nitq bacarıqlarının daha da təkmilləşdirilməsidir. Şagirdlər günlük televiziya proqramlarına uyğun hazırlanmış verlişlərin aparıcısı kimi çıxış etmişdirlər. Tədbiri izləyən məktəb rəhbərliyi və müəllimlər bu tip tədbirlərin davamlı olmasını, bunun vasitəsilə şagirdlərdə özünə inam, özünü təqdimetmə bacarıqlarının formalaşdırılmasına müsbət təsir edəcəyini söyləmişlər. Tədbir iştirakçıları 27.02.2017-ci il tarixində keçiriləcək Yekun tədbirdə qiymətləndiriləcəklər.