Xocalı faciəsi ilə bağlı dəyirmi masa keçirildi

Bakı şəhər Təhsil İdarəsinin göndərdiyi tədbirlər planına və həmin plana əsasən məktəbin təşkil etdiyi tədbirlər planına uyğun olaraq Xocalı faciəsinin iyirmi beşinci ildönümü münasibətilə IX və X sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. İlk öncə Xocalıda həlak olan şəhid yurddaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi Rzayev Əhəd çıxış edərək bildir ki , bu Azərbaycanımızın başına gətirilən oyunlardan bəlalardan ən qorxuncu ,ən qəddarı idi. Düzdü xalqımız bu günkü günə qədər çox haqsızlıqlarla qarşılaşıb, başına bir sıra fəlakətlər gəlib. Amma Xocalı faciəsi ən dəhşətli bir hadisə idi. Bunu nə Xatın faciəsi, nə Sonqmi faciəsi ilə müqayisə etmək mümükün deyil. Lakin buna baxmayaraq dünya birliyi bu haqsızlığa hələ də dözür və Xocalıya bu günki günə qədər bəraət verilməyib. Sonra məktəbin digər tarix müəllimi Xocalı faciəsinin canlı şahidi Muradov Yusif müəllim çıxış edərək həmin gün baş vermiş dəhşətli görüntülər barədə uşaqlara danışdı. Sonra məktəbin X sinif şagirdi İsmayıllı Orxan çıxış etdi və Xocalı hadisələri barədə eşitdikləri faktları dəyirmi masa iştirakçıları ilə bölüşdü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi