Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı məktəbdə inşa yazı müsabiqəsi keçirildi
Xocalı faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin göndərdiyi tədbirlər planı və məktəb tərəfindən təşkil edilmiş tədbirlər planına əsasən məktəbdə "Xocalının kədəri və ümidi " adlı inşa yazı müsabiqəsi keçirildi. Müsabiqədə iştirak edən VIII və IX sinif şagirdləri Xocalıyla bağlı fikirlərini, hiss və duyğularını kağız üzərinə köçürdülər. Məktəbin foyesində şagirdlərin yazdığı inşalardan sərgi təşkil edilmişdir.