IV siniflər arasında "Oxuyub -dinləmə" adlı müsabiqə keçirildi

Fevral-İbtidai sinif aylığı çərçivəsində 108 nömrəli tam orta məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planın 1.1.2.7 bəndinə əsasən IV siniflərdə şagirdlərin oxu bacarıqlarının səviyyəsinin öyrənilməsi və qiymətləndirilməsinin təşkili ilə əlaqədar olaraq şagirdlərin oxuyub-anlama bacarıqlarının yoxlanması məqsədilə “Oxuyub-anlama” adlı müsabiqə keçirilmişdir. İlk öncə məktəbin direktoru Narınc Mehtiyeva şagirdlərə kiçik siniflərdən düzgün oxu vərdişlərinin formalaşmasının nə dərəcədə vacib olması haqqında danışdı və onlara uğurlar arzuladı. Daha sonra ibtidai siniflər üzrə metodbirləşmə Pərvinə Qədimova dördüncülərə qaydaları izah etdi. IV sinif şagirdlərinə 90 dəqiqə ərzində oxumaq üçün 2 (elmi və bədii) mətn təqdim olunmuşdur. Mətnlər oxunulduqdan sonra verilmiş oxu materialına uyğun açıq və qapalı suallar cavablandırılmışdır. Şagirdlərin verdikləri cavablara əsasən paralel siniflər qiymətləndiriləcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi