Məktəbdə valideyn iclası keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci tədris ili üçün Fəaliyyət Planının 1.1.4.2 bəndinə əsasən valideynlərin məktəb idarəetməsinə cəlb edilməsi, valideyn məsuliyyətinin artırılması məqsədilə məktəbdə valideyn iclası təşkil edildi. İcalsı giriş sözü ilə açan məktəbin direktoru Mehtiyeva Narınc valideynləri salamladı. Daha sonra Xocalı faciəsində həlak olan həmyerlilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 2016-2017 ci tədris ilinin I yarımilinin yekunu və 2017-ci ildə qarşıda duran vəzifələr barədə direktor məlumat verdi. O, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.12.2016-cı il tarixli 497 № li qərarının icrasını təmin etmək məqsədilə Bakı şəhəri Təhsil İdarəsinin 06.06.2017- ci il tarixli 53№ li -"Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması qaydaları barədə" - əmri ilə valideynləri tanış etdi. Məktəbin uğurları və görülən işlər barədə də məlumat verdi. Cari məsələlər barədə danışarkən valideynlərin təklif və şikayətləri dinlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi