"İnsan alverinin qurbanı olmayaq" mövzusunda seminar keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci tədris ilinin Fəaliyyət planının 1.1.1.14 bəndinə əsasən IX -XI sinif şagirdləri üçün "İnsan alverinin qurbanı olmayaq" mövzusunda seminar keçirildi. Seminarda məktəbin tarix müəllimi Abbasova Aynur və məktəbin psixoloqu Bayramova Tükəzban çıxış etdilər. Onlar qeyd etdilər ki, insan alverinin qubanları ən çox 18-30 yaş arası insanlar olur. Təhsil səviyyəsi aşağı olanlar, məktəbi yarımçıq atanlar, peşə təhsili almayanlar və ya natamam peşə təhsilli insanlar belə işlərə daha tez cəlb olunur. Əməyin istismarı, uşaqların ələlxüsus da əlillərin insan alveri məqsədilə dilənçiliyə cəlb edilməsi insan alverinin formaları kimi şagirdlərə çatdırıldı. Şagirdlərin sualları cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi