"Xocalı faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi" ilə bağlı sənədli film nümayiş edildi
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci tədris ili üçün Fəaliyyət planına və tədbirlər planına əsasən IX sinifdə Xocalı faciəsinə həsr olunan sənədli film nümayiş etdirildi. Dərsin əvvəlində şagirdlər Xocalı faciəsində həlak olanları bir dəqiqəlik sükutla yad etdilər. Sonra sənədli filmin nümayişi zamanı tarix müəllimi Abbasova Aynur bəzi məlumatlar verdi. O, qeyd etdi ki, düzdü dünyada bir çox soyqırımlar, faciələr törədilib amma onlar arasında Xocalı soyqırımı Azərbaycan tarixinə yazılan ən dəhşətli bir soyqırımdır. Amma buna baxmayaraq bu faciə hələ də bəraət almayıb.