"Kitabxanada dərs" layihəsi keçirildi

108 nömrəli tam orta məktəbdə Fevral- "İbtidai sinif aylığı" çərçivəsində "Kitabxanada dərs" layihəsi təqdim edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi Fəaliyyət planının 1.3.9 bəndinə əsasən məktəblilərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqəsdilə I sinif müəllimləri tərəfindən məktəb kitabxanasında passiv mütaliə dərsləri təşkil edilmişdir. Şagirdlərin istəyinə uyğun seçilmiş kitablar sinif müəllimləri - Əliyeva Arzu, Qasımova Zəhra, Bağırova Gülnurə, Balayeva Əzət, Cəfərova Xalidə tərəfindən hissələrlə oxunmuş, şagirdlərin fikirləri öyrənilmişdir. Şagirdlər bu hekayəni yazsaydılar necə adlandırardılar, mətnin ideyası nədir kimi suallarla şagirdlər aktiv müzakirələrdə iştirak etmişdirlər. Bundan əlavə şagirdlərlə məktəb kitabxanasının müdiri Natavan Həsənova kitabxanada davranış qaydaları haqqında söhbət aparmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi