4b sinfində valideyn iclası
Məktəbin 4b sinif rəhbəri Qasımova Zəhra valideyn iclası keçirdi. Təşkil olunan valideyn iclasında məktəbin psixoloqu Aytac İsmayılzadə valideynlərə məsləhətlər verdi. Psixoloq şagirdlərin məktəbə adaptasiyası, təlimdə fəallığını təmin etmək üçün müəyyən mövzulara toxundu. Valideynlərə şagirdlər,onların ailədə öhdəlikləri, ailə vəziyyəti, diqqətin inkişafı və korreksiyası, məktəbə adaptasiyası istiqamətində aparılan "Fərqləri tap" tapşırığının nəticələri müzakirə olunaraq hansı istiqamətlərdə iş aparılması barədə söhbət aparıldı.