Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı açıq dərs

  Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı tarix müəllimi Elşad Qasımov 8 c sinif şagirdləri ilə açıq dərs keçirdi. O, əbədiyaşar liderimiz Heydər Əliyevin sarsılmaz siyasəti haqqında, onun Azərbaycançılıq ideologiyası haqqında, xüsusən dövlət gənclər siyasəti ilə bağlı şagirdləri məlumatlandırdı, Azərbaycan xalqı üçün göstərdiyi xidmətlərindən bəhs etdi. Şagirdlər Ulu Öndər Heydər Əliyevin müdrik kəlamlarını səsləndirdilər. Açıq dərsdə məktəbin direktoru Nəriman Məmmədzadə, məktəbin məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçısı İlahə Quliyeva, təsərrüfat işləri üzrə direktor müavini Günel Əliyeva, məktəbin psixoloqu Tükəzban Bayramova və tarix müəllimi Əhəd Rzayev iştirak edərək müəllim və şagirdlərin müzakirələrini dinləyib sonda öz münasibətlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi