"Heydər Əliyevin tarixi irsi" mövzusunda dəyirmi masa

   Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində "Heydər Əliyevin tarixi irsi" mövzusunda IX-X sinif şagirdləri ilə dəyirmi masa keçirildi. Məktəbin tarix müəllimi Əhəd Rzayev çıxış edərək Heydər Əliyevin tarixi irsi barədə məlumat verdi. O qeyd etdi ki, Azərbaycan Ali Soveti xalqın tələbi ilə avqustun 30-da "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə" qəbul etdi. Azərbaycan Kommunist Partiyası ləğv edildi.

1991-ci il sentyabr 3-də Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi. Onun həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri Naxçıvandan çıxarıldı. Heydər Əliyevin Türkiyə və İrana işgüzar səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılmasında, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi